Bakıda qəza törədərək əks istiqamətdə hərəkətdə olan avtomobilin sürücüsü saxlanılıbbackend

Bakıda qəza törədərək əks istiqamətdə hərəkətdə olan avtomobilin sürücüsü saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qəza törədərək əks istiqamətdə hərəkətdə olan avtomobilin sürücüsü saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Əvvəlcə yolda olan avtomobili vurub, sonra isə piyada svetoforunu yararsız vəziyyətə salıb.

Paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada svetoforu sıradan çıxıb, digər nəqliyyat vasitəsinə zərər dəyib.

Daha sonra minik avtomobilinin sürücüsü hadisə yerindən yayınmaqla əks istiqamətdə olan yolla hərəkət etməyə çalışıb.

Yol polisi əməkdaşları tərəfindən saxlanılan sürücü məsuliyyətə cəlb edilib.