BAKIDA ÜÇ MAŞIN TOQQUŞDU – YARALI VARbackend

BAKIDA ÜÇ MAŞIN TOQQUŞDU – YARALI VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərinin Binəqədi rayonunda ”Shacman” markalı yük ,”Nissan” və “Mercedes” markalı minik avtomobilləri toqquşub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.