Fövqəladə Hallart Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində yerləşən 5 mərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.
İnterpress.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının beşmərtəbəli yataqxana binasının ikinci mərtəbəsindəki mənzildə baş verdiyi müəyyən edilib. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.