Bakıda yüksək sürət ağır qəzaya səbəb oldubackend

Bakıda yüksək sürət ağır qəzaya səbəb oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Xətai rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

İnterpress.az APA-ya istinadən xəbər verir ki, hadisə Xəqani Rüstəmov küçəsində qeydə alınıb.

Tacəddin Mamafov idarə etdiyi “Nissan” markalı avtomobillə yüksək sürətlə əvvəlcə işıq dirəyinə çırpılıb, daha sonra əks yolda hərəkətdə olan Rəfael Yusubovun idarəetməsindəki “KİA” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində avtomobillərə ciddi zərər dəyib.