“Bakının Ermənistana güzəştə gedəcək 27 ili yoxdur” – ŞƏRHbackend

“Bakının Ermənistana güzəştə gedəcək 27 ili yoxdur” – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Rəsmi İrəvan bundan sonra yenə status məsələsini dilinə gətirsə, biz də status haqqında danışa bilərik”.

Bu sözləri iyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən bu ilin altı ayının yekunlarına həsr olunan müşavirəni dəyərləndirən politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında deyib.

O qeyd edib ki, Prezidentin çıxışı açıqca Azərbaycan-Ermənistan münasibətləri üzrə həm sülhə çağırış, həm də rəsmi İrəvana xəbərdarlıq mahiyyəti kəsb edir:

“Ölkə başçısı müsbət məqamlardan bəhs edərkən sərhədlərin delimitasiya üzrə işçi qrupların birinci görüşü keçirilməsi haqda danışıb. Delimitasiya prosesi həqiqətən də uzun bir prosesdir, ancaq rəsmi İrəvanın bu prosesdə konstruktiv olması və ya ümumən maraqlı olmasına dair işartıları rəsmi Bakı görmək istəyir. Lakin Ermənistan tərəfi buna o qədər də meyilli deyil. Rəsmi Bakı Ermənistanın istər Rusiyanın, istərsə də Avropa İttifaqının təşəbbüsləri ilə əldə edilən razılaşmaların bir qismindən yayınması, qol-qanad açıb vaxt udmasına razı olmayacaq. Yəni, proses 27 illik mənasız danışıqlar bənzəri müstəviyə keçməyəcək. Rəsmi Bakının Ermənistana güzəştə gedəcək 27 ili yoxdur.

Ölkə başçısının çıxışda diqqətçəkən ən önəmli məqamlarından biri də son vaxtlar Ermənistan rəhbərliyinin dilə gətirdiyi status məsələsidir. Ölkə başçısı açıqca qeyd etdi ki, “müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda bizim – Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur”.