Banqladeş bayraqlı yük gəmisi Hind okeanında silahlı quldurlar tərəfindən qaçırılıbbackend

Banqladeş bayraqlı yük gəmisi Hind okeanında silahlı quldurlar tərəfindən qaçırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Banqladeş rəsmisi bildirib ki, Banqladeş bayraqlı yük gəmisi Hind okeanında silahlı quldurlar tərəfindən qaçırılıb və bütün ekipaj girov götürülüb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Banqladeş Dəniz Departamentinin baş direktoru Mohammad Maksud Alam məsələ ilə bağlı açıqlama verib.

O, Hind okeanında qaçırılan Banqladeş bayraqlı “MV Abdullah” yük gəmisinin Mozambikin Maputo limanından Birləşmiş Ərəb Əmirliklərinin Əl Hamriyah limanına doğru yola düşdüyünü və kömür daşıdığını bildirib.

Ağır silahlar daşıyan dəniz quldurlarının gəmiyə nəzarəti ələ aldığını bildirən Alam, girov götürülən 23 nəfərlik bütün heyətin təhlükəsiz olduğunu qeyd edib.

“Hökumət bütün mümkün diplomatik vasitələrdən istifadə edərək ekipajı və gəmini xilas etməyə çalışır”, – Alam bildirib.