Baş nazirin müavini iranlı nazirlə görüşübbackend

Baş nazirin müavini iranlı nazirlə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev iyunun 9-da ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yollar və şəhərsalma naziri Məhəmməd Eslami ilə görüşüb.

Məhəmməd Eslami Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və qələbə münasibəti ilə Azərbaycan xalqını və dövlətini təbrik edib.

Azərbaycan-İran əlaqələrinin dövlət başçılarının siyasi iradəsi ilə müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin həm Azərbaycan ilə İran arasında, həm də bütün regionda yeni əməkdaşlıq imkanlarının açdığı qeyd olunub. Həmçinin Azərbaycan-İran sərhədinin tam bərpa olunmasının iki ölkə arasında yeni layihələrin həyata keçirilməsinə zəmin yaradacağına əminlik ifadə edilib.

Görüşün sonunda Astaraçay üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisinə dair Anlaşma Memorandumu imzalanıb. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm komponenti olan körpü, avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcminin, eyni zamanda, dövlət sərhədində buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artmasına şərait yaradacaq.

 

 

İnterpress.az