Almaniya Bundesliqasında 8-ci tura start verilib.
“Bavariya” “Bayer”i qəbul edib.
Görüş meydan sahiblərinin qonaqları darmadağın etməsi ilə yekunlaşıb.
Münhenlilər 4:0 hesabı ilə qalib gəliblər.
“Bavariya” – “Bayer” – 4:0
Qollar: Sane, 3, Musiala, 17, Mane, 39, Müller 84
Bu nəticədən sonra Yulian Naqelsmannın baş məşqçisi olduğu komanda 15 xalla 2-ci pillədə qərarlaşıb.