“Bavariya”nın futbolçusu Serj Qnabri mövsümün qalan hissəsini buraxacaq.
İnterpress.az Münhen klubunun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu Çempionlar Liqasının yarımfinal mərhələsinin “Real”la cavab görüşündə (1:2) bud nahiyəsindən zədə alıb.
Qnabri bu səbəbdən ölkəsində təşkil olunacaq Avropa çempionatını buraxmaq riski ilə üzləşib.
Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-nə qədər Almaniyada keçiriləcək.