Bayden: “Ukrayna ordusunun cəbhədə irəliləyişi var, lakin yol hələ uzundur”backend

Bayden: “Ukrayna ordusunun cəbhədə irəliləyişi var, lakin yol hələ uzundur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində əks-hücum əməliyyatı zamanı əhəmiyyətli irəliləyiş əldə edib. Bununla belə, hələ çox uzun bir yol var.

Bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

“Aydındır ki, ukraynalılar əhəmiyyətli irəliləyiş əldə ediblər, lakin hesab edirəm ki, hələ çox uzun yol var”, – Amerika lideri bildirib.

O, döyüş əməliyyatlarının hazırkı gedişatını dönüş nöqtəsi hesab edib-etməməsi barədə suala belə cavab verib: “Bunun cavabı yoxdur. Bunu demək çətindir”.