Regional və beynəlxalq təhlükəsizlik, sabitliyə nail olmaq üçün təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi mütləqdir.
“Report”un xəbərinə görə, bunu Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurası sədrinin birinci müavini Tariq Humaid Matar Mohammed Al Tayer Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.
O, 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün parlament diplomatiyasının əhəmiyyətli rol oynadığını bildirib:
“Buna nail olmağın əsaslarından biri qanunların qəbulundadır. APA-ya təcrübələrin mübadiləsi üçün davamlı tədbirlərin təşkilini təklif edirik. Regional həll yolları üzərində biz razılaşmalıyıq. Regional və beynəlxalq əməkdaşlığa, təhlükəsizlik və sabitliyə nail olmaq üçün təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi mütləqdir. DİM-ə nail olmaq BƏƏ-nin prioritetlərindən biridir”.