Belçikada 30-a yaxın məktəbdə dərslər bir günlük dayandırılıbbackend

Belçikada 30-a yaxın məktəbdə dərslər bir günlük dayandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçikada bomba təhlükəsi səbəbiylə təxminən 30 məktəbdə təhsilin bir gün müddətinə dayandırıldığı açıqlanıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Belçika mətbuatında yer alan məlumata görə, dünən axşam saatlarında paytaxt Brüssel və Valloniya bölgələrində polisə bomba təhdidi gəlib.

Müxtəlif siniflərdə olan 30-a yaxın məktəbdə tədris bir gün müddətinə dayandırılıb.

Wallonia-Brüssel Federasiyasının Kommunikasiya Direktoru Cecile Marquette, son həftələrdə məktəblərə qarşı bu cür bildirişlərin alındığını və qərarın yalnız ehtiyat məqsədli olduğunu bildirib.