Belçikada hər dördüncü şirkət maliyyə çətinlikləri yaşayırbackend

Belçikada hər dördüncü şirkət maliyyə çətinlikləri yaşayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nisbətən qısa müddətdə iki böyük böhran bir çox Belçika şirkətlərinə ağır zərbə vurub.

Ölkə şirkətlərin dörddə birindən çoxunun təcili olaraq əlavə kapitala ehtiyacı var.

Məlumata görə, COVID-19 böhranından sonra şirkətlərin 20%-i maliyyə çətinlikləri yaşayıb, lakin enerji qiymətlərinin və əmək xərclərinin cari artımı müəssisələrə xüsusilə ağır zərbə vurub. Onlardan bir çoxu fəaliyyətlərini dayandırıb.

Qeyd edək ki, normal vaxtlarda Belçika şirkətlərinin təxminən 5%-i ciddi problemlərlə üzləşir və 6,5%-i isə müəyyən çətinliklər çəkir. Lakin COVID-19 böhranından bəri şirkətlərin demək olar ki, beşdə biri struktur ehtiyat çatışmazlığı ilə üzləşib. Hazırkı enerji böhranı şəraitində bu rəqəm 27%-i keçib. Bu böhrandan çox zərər görmədən çıxmaq üçün təxminən 18 milyard avro lazımdır. Pandemiya zamanı bir çox sahibkarlar öz bizneslərinə əlavə vəsaitlərini yatırıblar. Onların ikinci dəfə bunu edə biləcəkləri isə sual doğurur.

Mənbə: rossaprimavera.ru