Berlində tramvay RELSDƏN ÇIXDI – 20 nəfər XƏSARƏT ALDIbackend

Berlində tramvay RELSDƏN ÇIXDI – 20 nəfər XƏSARƏT ALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Berlində tramvay relsdən çıxıb, 20 nəfər yaralanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.

Bu gün səhər saatlarında Berlinin şərq hissəsində ciddi nəqliyyat hadisəsi baş verib. Küçədə hərəkətdə olan tramvay relsdən çıxıb.

Yanğınsöndürmə xidmətinə çağırış saat 09:29-da daxil olub. Məlumata görə, qəzaya uğrayan tramvayın bir hissəsi kontakt şəbəkəsinin dayaq dirəyinə çırpılıb.

“Xoşbəxtlikdən, tramvayın heç bir hissəsi aşmayıb”, – yanğınsöndürmə xidmətinin nümayəndəsi bildirib.

Hadisə yerində 50-dən çox yanğınsöndürən işləyir. İlkin məlumatlara görə, üç sərnişin ağır, 17 nəfər isə yüngül xəsarət alıb.

Ümumilikdə 12 nəfər xəstəxanaya yerləşdirilib. Qəza səbəbindən ərazidə ictimai nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Hazırda qəzanın dəqiq səbəbləri araşdırılır, tramvay xəttində təhlükəsizlik tədbirləri görülür.

Xuraman Etibarlı

İnterpress.az