Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilibbackend

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində gənclərin ilk konfransı keçirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Biz Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş, Azərbaycan Gənclər Fondu və Azərbaycanlı Tələbələr və Məzunlar Platforması ilə birgə keçirilən ilk gənclər konfransını keçirməkdən məmnunuq. Vətənpərvər gənclərimizlə fəxr edirik”, – səfirin paylaşımında qeyd edilib.