Beş toyda karantin qaydaları pozuldu – FOTO/VİDEObackend

Beş toyda karantin qaydaları pozuldu – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı “Balakən” şadlıq sarayında keçirilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı şadlıq sarayında təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi məlum olub.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı həmin obyektin inzibatçısı İbrahim Əliyev barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs olunub. Toy sahibi Aydın Mustafayev barəsində isə protokol tərtib olunub və o, 400 manat məbləğində cərimələnib.

Qeyd edək ki, ötən ay da həmin şadlıq sarayında keçirilən toy mərasimində karantin qaydaları pozulduğu üçün obyektin sahibi 4 min manat məbləğində cərimə edilmişdi.

Saatlıda da karantin qaydalarının pozulduğu toylar aşkar edilib.DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Nərimankənd, Məzrəli, Potubəyli və Qara Nuru kəndlərində yerləşən dörd fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntularına yol vermiş ev sahibləri barədə inzibati qaydada tədbirlər görülüb.