Bi körpü 20 günlük bağlanacaqbackend

Bi körpü 20 günlük bağlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda 30 noyabr səhər saat 08:00-dan etibarən, Marneuli şəhərinin Rustaveli küçəsində yerləşən Durmuşxan Mağalaşvili adına körpü yenidənqurma işləri ilə əlaqədar olaraq 20 gün müddətinə bağlı olacaq.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Bildirilib ki, bu müddət ərzində nəqliyyat vasitələri aşağıdakı alternativ istiqamətlərdə hərəkət edə biləcəklər: Noe Jordania küçəsi, Revaz Lağidze küçəsi və Merab Kostava küçəsi.

Durmuşxan Mağalaşvili adına körpüdə nəqliyyatın hərəkəti 20 dekabr 2023-cü il tarixində bərpa olunacaq.