2020-ci ildə Azərbaycan əraziləri azad edilərək şəhidlərin arzuları yerinə yetirildi.
İnterpress.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 1990-cı il yanvarın 20-də müstəqil Azərbaycan dövlətinin qurulması üçün yüzlərlə insan canından keçdi:
“2020-ci ildə Azərbaycan əraziləri işğaldan azad edilərək həmin şəhidlərimizin arzuları yerinə yetirildi”.
Diplomat, həmçinin, Azərbaycan-Türkiyə qardaşlığının daim olmasını dilədiyini söyləyib:
“Türkiyə həmişə Azərbaycanın yanında olub və olmağa da davam edəcək”.






