Biyonsenin yeni albomu sızdırıldıbackend

Biyonsenin yeni albomu sızdırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya şöhrətli müğənni Biyonsenin maraqla gözlənilən yeddinci studiya albomu “Renessans” göstərilən tarixdən əvvəl sızdırılıb.

İyulun 29-da buraxılışı nəzərdə tutulan albomun pirat nüsxələri artıq Avropanın bir neçə yerində satışa çıxarılıb.

Müvafiq fotoları ifaçının pərəstişkarları sosial şəbəkələrdə yayıblar.

Qeyd edək ki, bir müddət öncə altı illik albom səssizliyinə son qoymağa hazırlaşan müğənni sosial media hesabında bütün mahnıların adını açıqlayıb.

“Renessans” müğənninin 2016-cı ildə çıxan “Limonad” albomundan sonra ilk studiya işidir. Onun son albomu Qremmi mükafatında 9 nominasiyada qalib olmuşdu.

Albomdakı “Formation” mahnısına çəkilən klip isə Ən Yaxşı Musiqili Klip kimi Qremmi alıb.

Mənbə: Haber Global