BKS-dan açıq kosmosa çıxış 7 saat davam edibbackend

BKS-dan açıq kosmosa çıxış 7 saat davam edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyalı astronavt Samanta Kristoforetti və rus kosmonavt Oleq Artemyev açıq kosmosda 7 saatdan çox vaxt keçiriblər.

Beynəlxalq Kosmik Stansiyadan (BKS) kənarda 6 saata tamamlanması nəzərdə tutulan iş 7 saatdan çox çəkib. Kristoforetti və Artemyev stansiyaya saat 2 radələrində qayıdıblar.

Heyət 7 saat ərzində 10 mini elmi-tədqiqat peykinin buraxılışını təmin edib ki, bu da növbəti rekord hesab edilir. Açıq kosmosa çıxış zamanı ciddi fövqəladə hal baş verməyib.