Bloqer 3 il müddətinə həbs olunub və 1 milyon rubl cərimələnib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məşhur rusiyalı bloqer Venqalbi (Əhməd Aliasxabov) DYP əməkdaşına rüşvət verməyə cəhd etdiyinə görə 3 il müddətinə koloniya cəzasına məhkum edilib və 1 milyon rubl (təxm. 21 min 300 man.) cərimə tətbiq olunub.
İstintaqın məlumatına görə, fevral ayında bloqer sərxoş vəziyyətdə avtomobil idarə etməsi ilə bağlı inzibati protokoldan qurtulmaq üçün 100 min rubl (təxm. 2 132 man.) rüşvət təklif etmişdi.
Xuraman Etibarlı
İnterpress.az