BMT: Münaqişə zonalarında uşaq oğurluğu halları kəskin artıbbackend

BMT: Münaqişə zonalarında uşaq oğurluğu halları kəskin artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son illər silahlı münaqişələrin davam etdiyi bölgələrdə uşaq oğurluğu halları kəskin artıb”.

Bunu BMT-nin uşaqlar və silahlı qarşıdurmalar üzrə xüsusi nümayəndəsi Virciniya Qamba deyib.

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən toplantıda çıxış edən V.Qamba 2020 və 2021-ci illərdə qaçırılan uşaqların sayına görə Suriya, Somali, Konqo Demokratik Respublikası, Burkina Faso və Çad Gölü hövzəsinin ilk beşlikdə olduğunu bildirib.

O əlavə edib ki, keçən il münaqişə bölgələrində əsasən oğlanlar olmaqla 3 000 uşaq qaçırılıb: “Son illər uşaq oğurluğu sayının kəskin artmasına görə BMT Təhlükəsizlik Şurası 2015-ci ildə 2225 saylı qətnamə qəbul edib və uşaq oğurluğu ilə məşğul olan tərəflərin məsuliyyətə cəlb edilməsinin vacibliyini rəsmən təsdiqləyib”.

V.Qamba silahlı münaqişələrdə uşaq oğurluğu hallarının monitorinqini və hesabatını gücləndirmək məqsədilə BMT-nin uşaqların müdafiəsi proqramlarının daha da genişləndirilməsini tövsiyə edib.