Boğazında kabab tikəsi qalan kişi təcili ƏMƏLİYYAT OLUNDU – VİDEObackend

Boğazında kabab tikəsi qalan kişi təcili ƏMƏLİYYAT OLUNDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva vilayətində kişi kabab yeyərkən az qala həyatını itirib

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskva vilayətində süfrə arxasında kabab yeyən kişi yemək tikəsinin boğazında qalması nəticəsində az qala öləcəkdi.

O, əvvəlcə öskürərək tikəni çıxarmağa çalışıb, lakin vəziyyəti getdikcə pisləşib.

Boğazında qalan tikə səbəbindən hətta suyu belə uda bilməyən kişinin yaxınları təcili tibbi yardım çağırıblar.

Həkimlər yad cismin çıxarılmasının çətin olduğunu müəyyən ediblər. Belə ki, tikəni sıxacla tutmağa cəhd zamanı o, hissələrə parçalanıb.

Mütəxəssislər təxminən 15 dəqiqə davam edən müdaxilə həyata keçirərək yad cismi çıxarıblar.

Bundan sonra kişinin xəstəxanadan evə buraxıldığı bildirilir.

Xuraman Etibarlı

İnterpress.az