Xocalı soyqırımı ilə bağlı Bolqarıstan Respublikasının Parlamentində Bəyannamə qəbul edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfirliyindən məlumat verilib.
Qeyd edilib ki, 10 mart 2022-ci il tarixində Bolqarıstan Respublikasının Xalq Məclisində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bəyannamə qəbul olunub. Bəyannamədə Xocalı qətliamı nəticəsində qətlə yetirilmiş 613 nəfər, həmçinin mindən çox yaralanmış və itkin düşmüş şəxslərin xatirəsi ehtiramla anılır və baş vermiş kütləvi qırğın qətiyyətlə pislənilir.