Bolqarıstan Ukraynaya qoşun göndərməyəcək.
Interpress.az xəbər verir ki, Bolqarıstanın baş naziri Rosen Jelyazkov Avropa Şurası rəhbəri ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında ölkəsinin Ukraynaya qoşun göndərməyəcəyini açıqlayıb.
Onun sözlərinə görə, Bolqarıstan “istəklilərin koalisiyası”na daxildir, lakin bu çərçivədə qərarı ölkə parlamenti verir.
Baş nazir əlavə edib ki, Bolqarıstan Ukraynaya hərbi-dəniz yardımını davam etdirəcək – traul gəmiləri, digər köməkçi gəmilər, aviasiya və infrastruktur dəstəyi təqdim ediləcək.
Bundan başqa, Bolqarıstanın Türkiyə və Rumıniya ilə əməkdaşlıqda Qara dənizdə təhlükəsizlik mərkəzi qurmaq niyyətində olduğu vurğulanıb.
Xuraman Etibarlı
Interpress.az