Bolqarıstan və Fransa NATO-nun şərq cinahını gücləndirmək barədə razılığa gəlibbackend

Bolqarıstan və Fransa NATO-nun şərq cinahını gücləndirmək barədə razılığa gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstan və Fransa NATO-nun şərq cinahını gücləndirmək barədə razılığa gəliblər.

Bu barədə Bolqarıstanın Milli Televiziyası məlumat yayıb.

Razılıq Fransa Silahlanma Baş İdarəsinin rəhbəri Joel Barre və Bolqarıstan Prezidenti Rumen Radev arasında iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq çərçivəsində əldə edilib.

Barre və Radev iki ölkə arasında hərbi texnologiya, təhlükəsizlik, müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə edib. Həmçinin birgə təlimlərin keçirilməsi barədə razılığa gəlinib.

Bundan əvvəl Bolqarıstanın Finlandiya və İsveçin NATO-ya daxil olmasını dəstəklədiyi bildirilirdi. Nazirlər Şurası hesab edir ki, iki yeni ölkənin üzv olması avroatlantik məkanda təhlükəsizlik mühitinə müsbət təsir göstərəcək.

Eyni zamanda, Bolqarıstan əmindir ki, NATO-nun genişlənməsi üçüncü ölkələrə qarşı yönəlməyəcək.