Braziliyada iğtişaşlara görə saxlanılanların sayı 400 nəfəri ötübbackend

Braziliyada iğtişaşlara görə saxlanılanların sayı 400 nəfəri ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliya polisi paytaxtda iğtişaşlarda iştirak etdiyinə görə 400-dən çox adamı saxlayıb. Onları 12 ilə qədər həbs gözləyir.

Bu barədə Braziliya Federal Dairəsinin qubernatoru İbaneys Roşa tviterdəki səhifəsində məlumat yayıb.

Hüquq-mühafizə orqanları hesab edir ki, Braziliyada dövlət orqanlarının binalarına basqın planlaşdırılıb.

“Gəldim sizə məlumat verim ki, artıq 400-dən çox insan saxlanılıb və törətdikləri cinayətlərə görə cavab verəcəklər. Biz Federal Dairədə bu gün günortadan sonra bu terror aktlarında iştirak edən bütün digər şəxslərin müəyyən edilməsi üçün işi davam etdiririk. Biz işi asayişin bərpası işini davam etdiririk”, – o sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, Braziliya hüquq-mühafizə orqanları parlamenti daha əvvəl binaya soxulmuş etirazçılardan azad ediblər.