Braziliyada temperatur rekordu qırılıb: 60,1 dərəcəbackend

Braziliyada temperatur rekordu qırılıb: 60,1 dərəcə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın Rio-de-Janeyro şəhərində hiss olunan temperaturun 60,1 dərəcəyə yüksəlməsi ilə ölkədə indiyədək ən yüksək “hiss olunan temperatur” qeydə alınıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Braziliya mətbuatında Rio de Janeyro Xəbərdarlıq Sisteminə əsaslanan xəbərə görə, bütün zamanların ən yüksək temperatur rekordu martın 16-da Rio de Janeyro şəhərində qeydə alınıb.

Şəhərin qərbində hiss olunan 60,1 dərəcə isti, 2023-cü il noyabrın 18-də hiss edilən 59,7 dərəcəni keçərək rekordlar qırdı.

Mütəxəssislər “El Nino”nun yaratdığı hava hadisələri ilə əlaqədar ölkənin bəzi bölgələrində temperatur rekordlarının ola biləcəyini bildirmişdilər.