“Bu, ikiüzlülükdür” – Alman siyasətçilər Ukraynaya əlavə yardım ayırmaqdan İMTİNA ETDİbackend

“Bu, ikiüzlülükdür” – Alman siyasətçilər Ukraynaya əlavə yardım ayırmaqdan İMTİNA ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alman siyasətçilər Ukraynaya əlavə yardım ayırmaqdan imtina ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə Bild” məlumat yayıb.

Almaniyada Xristian Demokrat İttifaqı (XDS) və Sosial Demokrat Partiyasının (SDP) fraksiyaları Ukraynaya bu il üçün əlavə 4,5 milyard avro yardım ayırmaq barədə “Yaşıllar”ın təklifinə qarşı çıxıblar.

Cəmi bir həftə əvvəl XDS və SDP liderləri Yens Şpan və Mattias Mirş Kiyevə səfər edərək dağıdılmış yaşayış binalarını ziyarət etmiş və prezident Volodimir Zelenski ilə görüşmüşdülər.

Mirş həmin səfəri “çətin günlərdə həmrəylik və dəstək nişanı” adlandırmışdı.

Lakin üç gün sonra hər iki fraksiya əlavə maliyyə yardımının əleyhinə səs verib.

“Yaşıllar” təklif edirdilər ki, bu vəsait Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirsin, ABŞ yardımının dayanmasının təsirini kompensasiya etsin, Rusiyanı zəiflətsin və “tezliklə diplomatik həllə imkan yaratsın”.

Müxalifət bu qərarı “ikiüzlülük” adlandırıb.

Xuraman Etibarlı

İnterpress.az