Gürcüstanın Batumi şəhərində güclü tufan nəticəsində Yeni Bulvar ərazisində infrastruktura ziyan dəyib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Batumi bulvarının administrasiyasının məlumatına görə, sahildə 8 bal gücündə tufan qeydə alınıb və nəticədə bulvarın gəzinti yeri və bir neçə hissəsini su basıb.
Güclü külək Potidə problemlər yaradıb. Külək Kostava küçəsində yerləşən hündürmərtəbəli binanın damını uçurub, bundan başqa təxminən on avtomobilə ziyan dəyib.
Qeyd edək ki, Gürcüstanın müxtəlif bölgələrində güclü külək ,yağıntı və tufanla əlaqədar Fövqəladə Hallar Departamenti Gürcüstan miqyası ilə əhalini xüsusən də sahil xətti ilə hərəkət etməkdən çəkinməyə çağırır.