Bursada avtobusa bomba qoyuldu – 1 ölü, 8 yaralıbackend

Bursada avtobusa bomba qoyuldu – 1 ölü, 8 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Bursa şəhərində yerli istintaq təcridxanasının əməkdaşlarını daşıyan avtobusda partlayış baş verib.

İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Bakı vaxtı ilə 08:30 radələrində olub.

Partlayış nəticəsində 1 nəfər həlak olub, daha 8 nəfər isə yaralanıb.

Bursa vilayətinin qubernatoru Yakup Canpolatın sözlərinə görə, partlayış üçün kənardan idarə edilən əldəqayırma partlayıcı qurğudan istifadə olunub. Hazırda insidentlə bağlı araşdırma aparılır.