BVF rəhbəri qlobal iqtisadiyyat üçün üç əsas riski açıqlayıbbackend

BVF rəhbəri qlobal iqtisadiyyat üçün üç əsas riski açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi, yüksək yaşayış dəyəri və yüksək faiz dərəcələri qlobal iqtisadiyyat üçün ən böyük problemlərdir”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva deyib.

Onun sözlərinə görə, nə qədər ki, Ukraynada müharibə davam edir, bu, istehlakçı və biznes inamına dağıdıcı təsir göstərir.

“İkincisi, müxtəlif amillərin səbəb olduğu yüksək yaşayış dəyəri və inflyasiyasıdır. Üçüncü amil – yüksək faiz dərəcələri. Onlar istər-istəməz qlobal iqtisadi yavaşlamaya töhfə verəcəklər”.

O, həmçinin qeyd edib ki, dünya tədarükün daha böyük təhlükəsizliyinə ağıllı şəkildə uyğunlaşmalıdır:

“Hazırda dünya iqtisadiyyatını daha dayanıqlı edəcək səviyyədə saxlamaq, dünyanı hamının daha kasıblaşacağı və daha az təhlükəsizliyə çevrildiyi vəziyyətə sürükləməmək vacibdir”.