Canet Yellen: “ABŞ iqtisadiyyatı yavaşlayır”backend

Canet Yellen: “ABŞ iqtisadiyyatı yavaşlayır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika iqtisadiyyatı yavaşlayır, lakin resessiya (iqtisadi fəallığın davamlı olaraq geriləməsi – Report) əlaməti yoxdur.

Bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib.

“İqtisadiyyat yavaşlayır. Keçən il təqribən 5,5% sürətli artım oldu, pandemiya zamanı işini itirən insanlar əmək bazarına qayıtmağa müvəffəq oldular. Hazırda əmək bazarı çox güclüdür. Bu, resessiyada olan iqtisadiyyat deyil, lakin biz indi artımın yavaşladığı keçid dövründəyik”- deyə, o bildirib.