Yaponiyada “Çanmi” qasırğası həyatı iflic edib.
İnterpress.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara və “NHK” telekanalı məlumat yayıb.
Yaponiyada tüğyan edən “Çanmi” qasırğası ölkədə ciddi fəsadlara yol açıb. Rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində azı 9 nəfər xəsarət alıb.
Yaranmış təhlükə ilə əlaqədar 62 mindən çox insana təxliyə olunmaları barədə tövsiyə verilib.
Qasırğanın yaxınlaşması hava nəqliyyatının işinə də ciddi təsir göstərib. Hava şəraitinin pisləşməsi səbəbindən 300-dən çox aviareys ləğv olunub.
Təbii fəlakətin təsir dairəsində olan regionlarda xilasetmə və təhlükəsizlik xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Xuraman Etibarlı
İnterpress.az






