Təhsil Nazirliyi bir müddət əvvəl Cəlilabad rayon Musalı kənd orta məktəbinin müəlliminin evində bir qrup şagirdə dərs keçməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Nazirlikdən bildirilib ki, 2022-ci ilin Azərbaycan Respublikasının Dövlət İnvestisiya Proqramında Cəlilabad rayon Musalı kənd tam orta məktəbin layihə-smeta sənədlərin hazırlanması nəzərdə tutulub.
Qeyd edək ki, hazırda məktəbin 5-11-ci sinif şagirdləri qonşu Zəhmətabad kənd orta məktəbində tədrisini davam etdirirlər. Məktəb binası 1969-cu ildə tikilib və bu vaxta qədər əsas təmir işləri aparılmayıb.
Xatırladaq ki, martın 19-da yağan güclü qar nəticəsində Cəlilabad rayonu Musalı kənd tam orta məktəbin binasının bir hissəsi yararsız vəziyyətə düşüb. Bununla əlaqədar olaraq məktəbin hazırlıq qrupu və ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan şagirdləri təhlükəsiz şəkildə təhsillərini davam etdirməsi üçün 28 mart 2022-ci il tarixdən yaxın məsafədə yerləşən Zəhmətabad kənd tam orta məktəbinə köçürülüb.
Hadisə tədris prosesinin olmadığı tətil günlərində baş verib.
Musalı kənd tam orta məktəbin V-XI sinif şagirdləri 01.11.2021-ci il tarixdən təhsillərini Zəhmətabad kənd tam orta məktəbində davam etdirirlər.
Bundan əlavə, Zəhmətabad kən orta məktəbində yer çatışmazlığı yarandığı üçün iki sinfin şagirdlərinin tədrisi Musalı kəndində yerləşən evlərin birində təşkil edilib.