Çempionlar Liqası: Mahir Emrelinin komandası qrup mərhələsinə vəsiqə qazandı – VİDEObackend

Çempionlar Liqası: Mahir Emrelinin komandası qrup mərhələsinə vəsiqə qazandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasında pley-off görüşlərinə yekun vurulub.

Bu gün keçirilən cavab qarşılaşmaları ilə qrup mərhələsinin bütün iştirakçıları bəlli olub.

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Zaqrebin “Dinamo” klubu səfərdə minimal hesabla (1:0) uduzduğu “Budyo Qlimt”lə qarşılaşıb. Emreli ilk oyunda olduğu kimi, bu dəfə də start heyətdə yer almayıb. Lakin azərbaycanlı hücumçu 60-cı dəqiqədə Şpikiçin əvəzinə meydana daxil olub. Oyunun əsas vaxtında 2:1 hesabı qeydə alındığından əlavə vaxta ehtiyac yaranıb. Burada daha iki dəfə fərqlənən “Dinamo” adını Çempionlar Liqasının qrup mərhələsinə yazdırıb.

Son Türkiyə çempionu “Trabzonspor” isə gəzləntiləri doğrultmayıb. Danimarkada 2:1 hesabıyla məğlub olan “bordo-mavililər” ev oyununda fərqlənə bilməyiblər – 0:0. Bu nəticədən sonra Türkiyə klubu Çempionlar Liqası ilə vidalaşmalı olub.

Turnirə vəsiqə qazanan daha bir komanda isə səfərdə PSV-ni bir qolla keçən “Reyncers” olub. Şotlandlar ilk oyunda heç-heçə (2:2) etsələr də, bu dəfə şanlarını əldən verməyiblər.

Qeyd edək ki, məğlub olan komandalar yollarına Avropa Liqasının qrup mərhələsində davam edəcəklər.

UEFA Çempionlar Liqası Pley-off mərhələsi

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Budyo Qlimt” (Norveç) 4:1

İlk oyun – 0:1

“Trabzonspor” (Türkiyə) – “Kopenhagen” (Danimarka) 0:0

İlk oyun – 1:2

PSV (Niderland) – “Reyncers” (Şotlandiya) 0:1

İlk oyun – 2:2