Cənubi Koreya və ABŞ-ın müdafiə nazirləri Vaşinqontda görüşəcəkbackend

Cənubi Koreya və ABŞ-ın müdafiə nazirləri Vaşinqontda görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyanın milli müdafiə naziri Li Con Sop iyulun 29-da Vaşinqtonda amerikalı həmkarı Lloyd Ostin ilə görüşəcək.

Bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, görüş zamanı tərəflər Koreya yarımadasında təhlükəsizlik vəziyyəti ilə bağlı qiymətləndirmələr mübadiləsi aparacaq, tərəflər arasında geniş spektrli aktual məsələləri, məsələn, iki dövlət arasında baş tutan zirvə görüşündən sonra razılaşmaların həyata keçirilməsinə dair tədbirlər çərçivəsində gücləndirilmiş çəkindirmə vasitələrindən istifadə etmək imkanlarının möhkmləndirilməsini müzakirə edəcəklər.

Nazir Koreya müharibəsində həlak olanların adları (25 iyun 1950 – 27 iyul 1953) yazılmış xatirə divarının tamamlanması mərasimində də iştirak edəcək, veteranlara təşəkkürünü bildirəcək.

Li Con Sop və Ostin arasında əvvəlki danışıqlar iyun ayında Sinqapurda Şanqri-La Dialoq regional təhlükəsizlik forumu çərçivəsində baş tutub.