“İslam dünyasının bu gün daha çox həmrəyliyə ehtiyacı var”.
İnterpress.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İslam Əməkdaşlıq Təşkilatının iqtisadiyyat və ticarət nazirlərinin 39-cu iclasında çıxışı zamanı deyib.
O bildirib ki, islam dünyası süni şəkildə yaradılan bütün əngəllərə rəğmən, ayaqüstə qalmağı bacaracaq: “Gələcəyə dair inamımızı itirməyəcək, optimist olacağıq”.
C.Yılmaz söyləyib ki, Türkiyə regionda və dünyada sabitlik üçün səylərini davam etdirəcək.