Çexiya və Ukrayna baş nazirləri ölkənin bərpası barədə müzakirə aparıbbackend

Çexiya və Ukrayna baş nazirləri ölkənin bərpası barədə müzakirə aparıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiyanın baş naziri Petr Fiala İsveçrənin Luqano şəhərində keçirilən beynəlxalq konfransda ukraynalı həmkarı Denis Şmıqalla görüşüb.

Bu barədə Petr Fiala tviterdə bildirib.

Fiala qeyd edib ki, Praqanın iyulun 1-dən başlayan Avropa İttifaqına sədrliyinin əsas prioritetlərindən biri Ukraynanın bərpasıdır.

Eyni zamanda çexiyalı nazir vurğulayıb ki, inkişaf edən münaqişə fonunda Ukraynanın bərpası prosesinin dəqiq nə vaxt başlayacağını proqnozlaşdıra bilmir.