2025-ci il sentyabrın 30-dan etibarən Çexiya Respublikasının Rusiyadakı viza mərkəzləri rəsmi olaraq sənəd qəbulu prosesini dayandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Viza mərkəzinin saytında verilən məlumata əsasən, bu tarixdən sonra viza üçün sənədlər yalnız Moskvada yerləşən Çexiya səfirliyinin konsulluq şöbəsi vasitəsilə təqdim edilə bilər.
Viza mərkəzlərinin bağlanma səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.
Əlavə məlumat və qəbul cədvəli Çexiya səfirliyinin rəsmi saytında yerləşdirilir.
Xuraman Etibarlı
İnterpress.az