“Ceyş ul-Ədl” Sistan və Bəlucistanda silahlı hücuma görə məsuliyyəti öz üzərinə GÖTÜRDÜbackend

“Ceyş ul-Ədl” Sistan və Bəlucistanda silahlı hücuma görə məsuliyyəti öz üzərinə GÖTÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sünni silahlı qruplaşma Jaish ul-Adl İranın Sistan və Bəlucistan vilayətinin İranşəhr şəhərində baş verən silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

İnterpress.az xəbər verir ki, hücum nəticəsində 5 polis əməkdaşı həlak olub.

Qruplaşmanın bəyanatında təhlükəsizlik qüvvələrinə xəbərdarlıq edilib: silahlılar onları “rejimə xidmət etməkdən imtina etməyə və dolanışıq üçün başqa iş tapmağa” çağırıb, əks halda yeni hücumların olacağı bildirilib.

İran hakimiyyəti hadisə ilə bağlı hələ rəsmi açıqlama verməyib.

Xuraman Etibarlı

İnterpress.az