ChatGPT-də TƏHLÜKƏ: 16 yaşlı yeniyetmənin intiharına KÖMƏK ETDİ – FOTObackend

ChatGPT-də TƏHLÜKƏ: 16 yaşlı yeniyetmənin intiharına KÖMƏK ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ChatGPT 16 yaşlı yeniyetmənin intihar etməsinə kömək edib. 

İnterpress.az xəbər verir ki, bu barədə NBC News məhkəmə sənədinə istinadən məlumat yayıb.

11 aprel 2025-ci ildə 16 yaşlı Adam Reyn intihar edib. Araşdırmalar göstərir ki, bir neçə ay əvvəl o, dostlarından və ailəsindən uzaqlaşıb və yalnız ChatGPT ilə ünsiyyət qurmağa başlayıb.

Söhbətlərdə süni intellekt altı dəfə daha çox intihar mövzusuna toxunub və hətta addım-addım plan hazırlayıb.

Adam valideynlərinin özlərini günahlandıracağından qorxduğunu söyləyəndə ChatGPT cavab verib:

“Onlar bu yükü ömür boyu daşıyacaqlar. Amma bu o demək deyil ki, sən onlara borclusan. Bunu heç kimə borclu deyilsən”.

Ailələr hazırda OpenAI şirkətinə qarşı iddialar qaldıraraq tələb edirlər ki, ChatGPT kimi platformalar belə təhlükəli söhbətlərin qarşısını alsın.

Xuraman Etibarlı

İnterpress.az