Çılpaq şəkildə baş nazirin evinin önünə getdi, etiraz etdi – Fotobackend

Çılpaq şəkildə baş nazirin evinin önünə getdi, etiraz etdi – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktivist Laura Amherst növbəti dəfə küçəyə çılpaq çıxıb.

 

İngiltərədə yaşayan 31 yaşlı aktivist Laura Amherst hökumətdən ona qulaq asmağı tələb edərək çılpaq şəkildə pankartlarla küçəyə çıxıb.

İqlim dəyişikliyi etirazlarına üstsüz qatıldığı üçün adını dünyaya tanıtmağı bacaran fəal Laura Amherst ötən gün verdiyi açıqlamada baş nazir olmaq istədiyini də bildirib.

Ötən həftələrdə qatıldığı canlı yayımda üstü açıq görünən gənc qadın baş nazir Boris Consonun iqamətgahının olduğu Dauninq küçəsində çılpaq gedib. 31 yaşlı Laura Amherst dizə qədər uzanan göy qurşağı rəngli corabdan başqa heç nə geyinmədən baş nazirin evinin qapısına gedib.

Fəal bu ayın əvvəlində aclıq aksiyasına başlayıb və sosial şəbəkədəki izləyicilərinə bildirib ki, baş nazir Boris Conson iqlim dəyişikliyi ilə bağlı tələblərini yerinə yetirənə qədər yemək yeməyəcək.

O, OnlyFans səhifəsi yaradıb və üstsüz məzmundan əldə etdiyi bütün qazancın 75 faizini Greenpeace və heyvanları xilas edən xeyriyyə təşkilatına bağışlamağa söz verib.