Çin aviaşirkəti Moskva-Pekin birbaşa reyslərini dayandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.
Çinin China Southern aviaşirkəti yanvarın 20-dən martın 30-dək Moskva-Pekin birbaşa reyslərini dayandırıb.
Mütəxəssislər qeyd edirlər ki, birbaşa uçuşların ləğvi təxminən 15-17 min insana, xüsusən üçüncü ölkələr vasitəsilə Çinin paytaxtına gedənlərə təsir edəcək.
Xuraman Etibarlı
İnterpress.az