Çin Sədri Si Cinpin dekabrın 7-də Pekində Avropa İttifaqının (Aİ) rəhbərliyi ilə görüşəcək.
İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Xua Çunin məlumat verib.
“Çin və Aİ arasında razılaşmalara uyğun olaraq dekabrın 7-də Pekində 24-cü Çin-Avropa İttifaqı sammiti keçiriləcək. Çin Sədri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə görüşəcək”, – o qeyd edib.
Onun sözlərinə görə, sammitdə Çin Dövlət Şurasının Baş naziri Li Çyan da iştirak edəcək.
Xatırladaq ki, bu formatda əvvəlki sammit 2019-cu ildə baş tutub.