Çin Rusiyaya qarşı sanksiyalarla bağlı Avropanın iradlarını GÖRMƏZDƏN GƏLİRbackend

Çin Rusiyaya qarşı sanksiyalarla bağlı Avropanın iradlarını GÖRMƏZDƏN GƏLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Rusiyaya qarşı sanksiyalarla bağlı Avropanın iradlarını qulaqardına vurur.

İnterpress.az xəbər verir ki, bu barədə “The Guardian” nəşrinə istinadən Avropa İttifaqının (Aİ) sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O’Sallivan bildirib.

Çin Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalara əməl olunması ilə bağlı Avropa ölkələrinin iradlarını və tələblərini cavabsız qoyur.

Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O’Sallivanın sözlərinə görə, Avropa liderləri Pekinə bu məsələ ilə bağlı dəfələrlə rəsmi müraciət edərək öz dərin narahatlıqlarını ifadə ediblər.

O’Sallivan qeyd edib ki, edilən bütün müraciətlərə baxmayaraq, Çin tərəfi hər dəfə standart bir reaksiya verir: “Biz bu məsələdə heç bir problem görmürük”.

Bununla da Pekin Rusiyaya tətbiq edilən sanksiyaların yan keçilməsi ilə bağlı iddiaları əsassız hesab etdiyini nümayiş etdirir.

Xuraman Etibarlı

İnterpress.az