Çində internetdə “şikayət etmək” QADAĞAN EDİLDİbackend

Çində internetdə “şikayət etmək” QADAĞAN EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin internetdə ağlamağı qadağan edir.

İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

Oktyabrın 1-dən Çində iki aylıq kampaniya başlayır: sosial şəbəkə və onlayn platformalar iş, təhsil, həyatın “mənasızlığı” barədə şikayət və ya kədər ifadə edən paylaşımları silməlidir.

Rəsmi səbəb — “ümidsizlik” əhvalını aradan qaldırmaq və onun əvəzinə “pozitiv enerji” yaymaqdır.

Bu addım gənclər arasında işsizlik, iqtisadi yavaşlama və gələcəklə bağlı ümidsizlik hisslərinin artması fonunda atılıb.

Hakimiyyət hesab edir ki, sosial şəbəkələrdəki çoxsaylı şikayətlər ictimai sabitliyə təhlükə yaradır.

Qadağaya düşənlər:
1. İş, təhsil barədə açıq narazılıqlar (“işim cəhənnəm”, “oxumaq mənasızdır” və s.);
2. Pessimist ifadələr, başqalarında “mənfi emosiyalar” yarada biləcək yazılar;
3. “Həyat mənasızdır”, “gələcək yoxdur” kimi fikirlər;
4. İş tapmaq, məktəb və universitetdə stresslə bağlı gileylər;
5. Depressiya, tükənmişlik barədə memlər.

İcazə verilən məzmun isə yalnız neytral, əyləncəli və ya pozitiv paylaşımlardır.

Xuraman Etibarlı

İnterpress.az