Çində qasırğa olub, ölən və yaralananlar varbackend

Çində qasırğa olub, ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Lianyunqanq şəhərində (Şərqi Tszyansu əyaləti) qasırğa olub.

Çinin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb.

Məlumata görə, təbii hadisə zamanı azı 26 nəfər xəsarət alıb, bir nəfər ölüb.

Tornadonun mərkəzində küləyin sürəti saatda 220 kilometrə çatıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, 2 200-dən çox insan bu və ya digər şəkildə zərər çəkib.

Yaralıların xəstəxanalara çatdırılması üçün təbii fəlakətin baş verdiyi ərazilərə 120-yə yaxın təcili yardım maşını göndərilib. Qasırğa 649 yaşayış binasına ziyan vurub və şəhərə dəyən ümumi birbaşa iqtisadi ziyan 9,7 milyon ABŞ dolları qiymətləndirilir. Zərər çəkmiş rayonlarda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.