Çinlə əlaqəyə görə ABŞ vizaları MƏHDUDLAŞDIRIRbackend

Çinlə əlaqəyə görə ABŞ vizaları MƏHDUDLAŞDIRIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Mərkəzi Amerika ölkələri vətəndaşlarına vizaları məhdudlaşdırmağı planlaşdırır.

Interpress.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio sosial şəbəkədə açıqlama verib.

O, Çin və Çin Kommunist Partiyası ilə əlaqələri şübhə doğuran Mərkəzi Amerika ölkələrinin vətəndaşlarına vizaların verilməsinə məhdudiyyətlər tətbiq olunacağını bildirib.

Rubio yazıb ki, ABŞ Dövlət Departamenti yeni viza siyasəti çərçivəsində həmin şəxslərin ölkəyə girişinə icazəni məhdudlaşdıracaq.

Məqsəd Mərkəzi Amerika vətəndaşlarının Çin Kommunist Partiyasının maraqları üçün hərəkət etməsinin qarşısını almaqdır.

Xuraman Etibarlı

Interpress.az