Conni Depp “Ay Adam” obrazında çıxış edəcəkbackend

Conni Depp “Ay Adam” obrazında çıxış edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı aktyor Conni Depp MTV Video Musiqi Mükafatları mərasimində “Ay Adam” obrazında görünəcək.

Məlumata görə, Depp bu barədə şounun prodüserləri ilə danışıqlar aparıb. Aktyorun astronavt dəbilqəsini çıxarıb üzünü ictimaiyyətə göstərməyi planlaşdırılıb. O, nəinki “Ay adam”ı ifa edəcək, həm də xarakterindən kənar da səhnəyə çıxacaq.

Tədbir avqustun 28-də Nyu-Cersi ştatının Nyuark şəhərində baş tutacaq.

Qeyd edək ki, karyerası ərzində Depp beş “Ay Adam” heykəlciyi alıb. Bu il isə aktyor heç bir kateqoriya üzrə mükafata namizəd göstərilməyib.

Mənbə: lenta.ru